Yuxarı

Fransada gərginlik artır: Ən azı 10 polis yaralanıb - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada gərginlik artır: Ən azı 10 polis yaralanıb - Video

19:28

Fransanın paytaxtı Parisdə genişmiqyaslı aksiya keçirilib.

Axar.az xəbər verir ki, “Qlobal təhlükəsizlik haqqında" Qanun layihəsinin 24 maddəsinə qarşı keçirilən aksiyada polis əməkdaşları ilə etirazçılar arasında qarşıdurma yaranıb.

Yerli vaxtla saat 15:00-də (Bakı vaxtı ilə saat 18:00-də) gərginləşməyə başlayan aksiya zamanı polis gözyaşardıcı qaz tətbiq edib.

Qeyd edilir ki, bu dəfə aksiyalara daha çox polis və jandarm qüvvələri səfərbər edilib.

***

Parisdə polislə etirazçılar arasındakı toqquşmalar yenidən başlayıb.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edir.

Etirazçılar da polisə daş və şüşə tullayır.

Aksiyalar zamanı 22 nəfərin saxlanıldığı bildirilir.

***

Fransanın qərbindəki Nant şəhərində baş verən etiraz aksiyalıarı nəticəsində iki polis xüsusi təyinatlısı yaralanıb.

Bildirilib ki, aksiya əvvəclə dinc keçirilsə də, sonradan gərginlik artıb. Naməlum şəxslər tərəfindən polislərə “Molotov kokteyli” atılıb. Buna cavab olaraq polis gözyaşardıcı qazlardan istifadə edib. Aksiya nəticəsində 5 etirazçı saxlanılıb.

Fransa Daxili İşlər Nazirliyi isə Parisdə baş verən etirazlar nəticəsində saxlanılanlarının sayının 64-ə çatdığını bildirib. Məlumata görə, 8 polis əməkdaşı da yaralanıb.

Tarix
2020.12.05 / 23:02
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla