Azərbaycanlı iş adamının Baş nazirin müavini Əli Babacan
və Maliyyə naziri Mehmet Şimşəkdən çəkindiyi bəlli
olub.
"Rüşvət əməliyyatı"nda həbs edilən Rza Zərrabın sensasion
telefon danışığının stenoqramı yayılıb.
İstintaq dosyesində yer alan telefon danışıqlarında Zərrabın
dünən istefa verən nazir Müəmmər Gülərlə də danışıqları öz əksini
tapıb. Qeyd edək ki, telefon danışıqları zamanı Zərrabın Baş
nazirin müavini Əli Babacan və Maliyyə naziri Mehmet Şimşəkdən
çəkindiyi məlum olub. Dosyedə yer alan telefon danışıqlarının
stenoqramını təqdim edirik:
08.10.2013 17:50. Rza Zərrab ilə Abdullah Happani arasında keçən
telefon danışığı:
Rza: Dedi, bu qurama, şantaj üçün, amma aldı
onun fotokopyasını, Maliyyə Cinayətləri Araşdırma İdarəsinə (MASAK)
verəcək. Mənə demədi, amma məni aparan dostuma deyib. Deyib ki,
soruşum, görüm nədir bu.
Abdullah: Araşdıracaq yəni.
Rza: MASAK ondan asılıdır. Səncə, onunla
görüşməyim yaxşı oldu, ya pis?
Abdullah: Yaxşıdır, ya pisdir, bilmirəm, o şeyin surətini alıb,
mütləq "bunu bir yoxlayın" deyəcək. Oradakı sənin şirkətlərində
daxil olmaqla... elə işin ən pis tərəfi bu idi. Sən də öz əlinlə
işi bu məcraya gətirdin. Yəni lazım bilsə, araşdıracaq.
Rza: Səncə, lazım biləcək?
Abdullah: Məncə, mütləq bir məlumat alacaq.
Rza: MASAK-dan soruşacağını dedi.
Abdullah: MASAK-da müfəttişlərə deyəcək ki, araşdırın bunu.
Rza: Səncə, yaxşı oldu, ya pis?
Abdullah: Yaxşı bir şey yoxdur, amma piş bir şey ola bilərmi,
onu bilmirəm. İki gündür həyəcan keçirdiyimiz şeyə xeyri
olmadı.
Rza: Onları bilirsən, Əli Babacanla eyni
düşüncədədirlər. Kağızı almamışdı, sonradan aldı
(təəssüflənir).
Abdullah: Dəftərlərin araşdırılmasına hazır olmaq lazımdır.
Bizim tərəfdən bir şey olmaz, nə ola bilər ki, yəni. Gec-tez o biri
şirkətləri də yoxlayacaqlar onsuz da. MASAK-a deyəcək, onlar
müfəttişlərə deyəcək, qısa müddətdə olan şey deyil bu.
Rza: Qəribə insandi, digərləri kimi deyil. Mənə
əvvəlcədən də demişdilər. Hələ gözləyək, görək nə olur. Kağızı
almağı heç yaxşı olmadı.
Dosyedə bildirilir ki, Rza Zərrabla Abdullah Happani
Maliyyə naziri Mehmet Şimşək haqqında danışırlar.
08.10.2013 18:59. Rza Zərrab və Rüçhan Bayar arasındakı telefon
danışığı:
Rza: Maliyyə nazirinin yanına getmişdim. O, bir
az soyuqdur.
Rüçhan: Daxili İşlər Nazirliyindən, yaxud da hansısa bir
istintaqdan belə bir əməliyyat-zad olub?
Rza: Yox, heç bir şey olmayıb.
Rüçhan: Elə bir məlumat yoxdur, olsa, eşitmiş olardın.
Rza: Onunla görüşdüm bu gün. Yazını verdim,
oxudu, təəccübləndi, sonra da fotosurətini aldı. MASAK-da
araşdıracaq.
Rüçhan: Yəni elə bir ehtimal var?
Rza: Yaxşı biridi, ya pis, anlaya bilmədim.
Rüçhan: Məncə, bu məsələni çox da qurdalama...
Rza: Yox, qurdalamıram, amma ucu hara qədər
gedər, bilmirəm.
Rüçhan: Etməsək, daha yaxşı olardı, məncə.
Rza: Deyəsən, közü alovlandırdıq.
Rüçhan: Deyəsən, yatan adamı oyandırdıq. İnşallah, elə
olmaz.
Rza: Yəni elə olsa, nəticə nə olar? Uzaq başı
bizimkiləri araşdırarlar.
Rüçhan: Bizdə bir problem yoxdur ki! Digər 35 firmanı da
araşdırarlar, əgər iddia varsa, amma bizim tərəfdə üç dənə firmamız
var. "AİR"-imiz var, "Royal"-ımız var... xırda-para pozuntular,
kəsir var yəni, mütləq unutduğumuz nəsə var, ondan başqa bir şey
yoxdur. Abdullahlada danışdım, bizim tərəfdən bir şey olmasa da,
sənin adına olan daşınmaz əmlakları bir az yüngülləşdirmək
lazımdır.
08.10.2013 18:11. Rza Zərrab və nazir Müəmmər Gülər arasında
olan telefon danışığı:
Gülər: Gedə bildinizmi Maliyyə Nazirliyinə?
Rza: Gedib görüşdüm bəylə.
Gülər: F.K (ad, soyad açıqlanmır: red) mənə zəng elədi, dedi,
mən məsələyə qol qoydum.
Rza: Hörmətli nazirimiz Zəfər (Çağlayan nəzərdə
tutulur: red) bəyin də yanına getdim, o da zəng edib ona.
Gülər: Mənə zəng elədi, dedi ki, məsələyə əl qoydum, bütün
sənədləri gətizdirdim, bu iş mənim nəzarətimdədir, heç bir şey
olmaz, narahat olmayin. Xəbərin olsun, yaxşımı?! Orxan barəsində də
mən özüm izləyirəm, sən arxayın ol.
Rza: Cənab nazir, ən mühüm məsələ odur. Hər
şeydən vacibdir ("Avropa.info").