Yuxarı

Putin Şeyxi təltif etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası prezidenti Vladimir Putin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib.

APA-nın məlumatına görə, Fəxri Fərmanı bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin QMİ-də Şeyxülislama təqdim edib.

Səfir qeyd edib ki, Şeyxülsilam konfessiyalararası dialoq, sosial-mədəni münasibətlərin inkişafında xidmətlərinə görə təltif olunur.

Tədbirdə qeyd olunub ki, buna qədər A. Paşazadə Rusiyanın "Dostluq" və "Şöhrət" ordenləri, həmçinin Rus Pravoslav Kilsəsinin "Böyük Knyaz Vladimir" adına I dərəcəli ordeni, "Müqəddəs Sergey Radonejevski" adına I dərəcəli ordeni və "Şöhrət və Şərəf" ordeni ilə də təltiv olunub.

Mərasimdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digərləri iştirak ediblər.

A. Paşazadə bildirib ki, həyatı Rusiya ilə bağlıdır: "Biz keçmiş Sovet İttifaqında birgə yaşamışıq. Bu gün də Azərbaycan və Rusiya əlaqələri möhkəmdir və biz də bunda aktiv rol oynayırıq".

Şeyxülislam qeyd edib ki, Rusiya prezidenti Vldaimir Putinin ona münasibəti yüksək səviyyədədir: "Putinin mənə yüksək münasibəti, etimadı var. Bunu onunla dəfələrlə görüşümüzdə də bildirib. Mən də həmişə çalışmışam ki, bu etimada sadiq, sədaqətli olum".

A. Paşzadə onu da bildirib ki, istər Heydər Əliyevin vaxtında, istərsə də indi prezident İlham Əliyevin sayəsində Rusiya-Azərbaycan dostluğu yüksək səviyyədədir.

Tarix
2015.05.29 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla