Yuxarı

Türkiyəni çalxalayacaq sui-qəsd planı - Sorosla bağlı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəni çalxalayacaq sui-qəsd planı - Sorosla bağlı

"Türkiyədə böyük səs-küyə səbəb olacaq sui-qəsd planlaşdırılır. Sui-qəsdin arxasında isə Rusiyanı qarışdırmaq üçün müxalifət lideri Boris Nemtsovun Moskvada öldürülməsini sifariş edən Corc Soros dayanır".

Publika.az xəbər verir ki, belə bir iddia Türkiyənin "Takvim" qəzetində köşə yazarı Ergün Dilerin yazısında yer alıb.

Yazıda adı çəkilməyən bir "sirli adam"ın iddiaları yer alıb. Onun sözlərinə görə, əsas məqsəd sui-qəsddən sonra media vasitəsilə küçələri qarışdırmaqdır. "Sirli adam"ın söylədiklərinə görə, Braziliya, Almaniya, Türkiyə və Bosniya-Hersoqovinada baş qaldıran küçə iğtişaşlarının arxasında maliyyə məhz Sorosa məxsusdur.

Yazıda qeyd edilir ki, Rusiyada fevral ayında öldürülən Boris Nemtsovun qətlinin arxasında Soros dayanır: "Nemtsov Sorosa yaxın iş adamlarından idi. Türkiyədə də bənzər adlar var. Soros dostu Boris Nemtsovun ölümü ilə xalq qiyamı gözləyirdi, amma planı baş tutmadı".

İddialara görə, Türkiyədə əhəmiyyətli postları tutan bir sıra insanlar və onların yanında çalışanlar Sorosa birbaşa bağlıdır. "Türkiyədə də Nemtsov bənzəri bir sui-qəsd planlaşdırılır. Amma Rusiyada yol verdiyi səhvi Türkiyədə təkrarlamaq istəmirlər. Sui-qəsdin seçkilərdən əvvəl tanınmış bir şəxsə qarşı təşkil ediləcəyi ehtimalı böyükdür", - "sirli adam" iddia edir.

"Sirli adam"ın söylədiyinə görə, Soros iki rəhbər şəxsin sürücüləri ilə də yaxın təmas qurub.

Tarix
2015.06.03 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla