Yuxarı

Saakaşvili Odessada həbslərə başladı – Rüşvət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili Odessada həbslərə başladı – Rüşvət

Odessa vilayətinin hərbi komissarı rüşvət aldığına görə həbs edilib.

Axar.az-ın məlumatına görə, bu barədə Ukrayna hərbi prokuroru Anatoli Matios açıqlama verib. Matios bildirib ki, Odessanın hərbi komissarı növbəti dəfə rüşvət alarkən yaxalanıb. O, rüşvətin məbləği barədə heç bir söz deməyib.

Ukrayna hərbi prokurorunun sözlərinə görə, axtarış davam edir.

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili də bu haqda özünün Feysbuk səhifəsində yazıb. Qubernator bildirib ki, hərbi komissar səfərbərlikdən yayınanlardan 1700 dollar rüşvət alırmış:

"Bizim uşaqlarımız vuruşurlar, qan axıdırlar, ölkədə ədəbli insanlar orduda işləyirlər. Ancaq bəziləri ölkəni, vicdanlarını satırlar", - Saakaşvili qeyd edib.

Saakaşvili Prokurorluğu korrupsiyaya qarşı mübarizə aparmağa çağırıb: "Rüşvətxor məmurlar insanların yaşamasına problem yaradırlar. Onlar yerindəcə cəzalandırılmalıdır".

Tarix
2015.06.04 / 00:07
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla