Yuxarı

Afina təşvişdə: "Akkuyu"nu ABŞ-a şikayət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afina təşvişdə: "Akkuyu"nu ABŞ-a şikayət etdi

Türkiyənin "Akkuyu" atom elektrik stansiyasının üçüncü nüvə reaktoru ilə bağlı atdığı addımlar Yunanıstanı təşvişə salıb.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.

Qəzet Yunanıstan xarici işlər naziri Nikos Dendiasla ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutan telefon danışığının təfərrüatını yazıb.

45 dəqiqə davam edən telefon danışığı zamanı Dendias "Akkuyu" atom elektrik stansiyasının inşa etməyin bir neçə “problemli” nəticəsini gündəmə gətirib. Guya adı çəkilən atom elektrik stansiyası Türkiyəyə yaxın dövlətlərin təhlükəsizliyinə təhdid yaradır.

Eyni zamanda, Ankaranın "Akkuyu" haqqında ətraflı məlumat paylaşmaq istəmədiyi də bildirilib.

Qəzet yazır ki, Türkiyə nüvə sahəsi üzrə mühəndislər yetişdirir. Bununla da həm mülki, həm də hərbi istifadə üçün hazırlanmış parçalanan material və avadanlıqlar əldə etmək istəyir.

Tarix
2021.03.14 / 09:30
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla