Yuxarı

Türkiyədən Fransaya sərt mesaj

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Fransaya sərt mesaj

Fransanın "Frans 5" telekanalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun şəxsində Türkiyə dövləti ilə bağlı haqsız ittihamlara yer verilən proqram yayımlanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Proqramda Fransa Prezidenti Emmanuel Makronun Türkiyə ilə bağlı fikirlərini ölkələrimiz arasındakı dostluq və müttəfiqlik münasibətlərinə zidd hesab edirik. Türkiyə Şərqi Aralıq, Suriya, Liviya mövzularında beynəlxalq hüquq normalarına uyğun şəkildə siyasət aparır.

AB zirvəsindən əvvəl hazırlanan və Türkiyə reallığına qarşı məqsədli şəkildə yayımlanan bu proqram heç vaxt istəyinə nail ola bilməyəcək.

Türkiyənin iki ölkə arasındakı gərginliyi azaltmaq üçün addımlar atdığı bir vaxtda cənab Makronun bu fikirlərini təəssüflə qarşılayırıq.

Fransanın bu dövrlərdə sərgiləyəcəyi müsbət və ya mənfi mövqeyə Türkiyənin də eyni şəkildə cavab verəcəyini xatırladırıq", - bəyanatda bildirilib.

Tarix
2021.03.24 / 22:23
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla