Yuxarı

Türkiyə üçün son şans: Ərdoğan seçim qarşısında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üçün son şans: Ərdoğan seçim qarşısında

"Ankaranın parlament seçkisindən sonra ən yaxşı atacağı addım Yaxın Şərqdəki hadisələrdən nəticə çıxarıb kürdlərlə qarşılıqlı əlaqələrə nəzər yetirməsidir".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

Onun sözlərinə görə, Ankara kürdləri özünə müttəfiq etməlidir:

"Çox güman ki, Ərdoğan hələ bunu dərk edib, özünün mənfəətini dəyərləndirə bilməyib. Ərdoğan üçün yeni imkanlar yaranıb. Hazırkı zamanda situasiya elə bir vəziyyətə gəlib çatıb ki, kürdlər Türkiyənin regionda az qala yeganə rəqibinə çevriliblər. Bundan başqa kürd silahlı dəstələri faktiki olaraq, Türkiyənin cənub sərhədlərini İŞİD-dən müdafiə edirlər. Türkiyə kürdlərlə siyasi ittifaq tipində razılıq əldə etsə, o, Yaxın Şərqdəki proseslərin inkişafına təsirini göstərəcək. Ona görə ki, kürdlər həm Türkiyə, həm Suriya, həm İraq, həm də İran əhalisinin aktiv hissəsini təşkil edir. Artıq burada Ankaranın əlində olan kürd lider Abdullah Öcalana da ehtiyac olmayacaq. Əgər bu ittifaq mümkün olsa, Türkiyə özünü daxili parçalanmadan qoruya biləcək. Bu parçalanma daha çox Qərb tərəfindən dəstəklənir. Əgər kürdlər qeyri-stabillik istəsəydilər, o zaman parlament seçkisindən imtina edib, terrorçuları öz şəhərlərinə buraxardılar. Lakin onlar bunu etmədilər. Ona görə də Ərdoğan bundan istifadə edib, strateji dəyərləndirmə etməlidir. Lakin əgər Yaxın Şərqdə genişmiqyaslı müharibə olsa, Türkiyə sonuncu şansını tamamilə əldən buraxmış olacaq. Ankara bu gün kürdləri hələ də özünün müttəfiqi edə bilər".

Tarix
2015.06.10 / 09:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Putin İlham Əliyev və Paşinyanla görüşəcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla