Yuxarı

Lavrov İrəvanda Qarabağla bağlı nələri müzakirə edir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov İrəvanda Qarabağla bağlı nələri müzakirə edir?

10:45

İrəvandakı danışıqlar səmimi və qarşılıqlı etibar atmosferində baş tutub.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ara Ayvazyan Rusiya xarici işlər naziri Sergey Lavrovla bu gün İrəvanda keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, görüş zamanı ikitərəfli münasibətlər və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib. Ayvazyan Rusiyadan hərbi-texniki əməkdaşlıq, eləcə də ticarət dövriyyəsinin artırılmasıyla bağlı konkret addımların atılmasını gözlədiklərini söyləyib.

Nazir, həmçinin görüşdə Qarabağla bağlı danışıqlar prosesinin aktivləşdirilməsi məsələsinə də toxunduqlarını deyib:

“Rusiya sülhməramlılarının Qarabağdakı roluna da toxunulub. Biz Rusiyanın səylərini yüksək dəyərləndiririk. Əsirlərin vətənlərinə qayıtması məsələsi də həddən artıq vacibdir”.

Ayvazyan İrəvanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasının gücləndirilməsində maraqlı olduğunu qeyd edib. O, Qarabağa ermənilərin qaytarılmasında göstərilən səylərə görə Rusiyaya minnətdarlığını da bildirib.

Tarix
2021.05.06 / 13:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla