Yuxarı

AKP-də müzakirə: 3 dəfədən artıq deputat seçilmək yasağı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKP-də müzakirə: 3 dəfədən artıq deputat seçilmək yasağı

AKP sentyabrda üç dəfədən artıq millət vəkili seçimi qadağasının ləğvi ilə bağlı konqres keçirməyə hazırlaşır.

Axar.az xəbər verir ki, partiya daxilində ən çox müzakirə olunan məsələ sözügedən qaydanın aradan qaldırılmasıdır.

Hazırda partiyada vaxtlarına 6 ay qalmış millət vəkilləri indidən kulis təşkil etməyə başlayıb.

Türkiyədə erkən seçim baş tutarasa, Cəmil Çiçək, Bülənt Arınç, Əli Babacan, Binəli Yıldırım, Bəşir Atalay, Hüseyn Çəlik, Məhmət Əli Şahin, Faruk Çəlik, Sədullah Ərgin, Nihat Ərgün, Nemət Baş, Taner Yıldız, Hayati Yazıcı, Nürəddin Canikli, Mehdi Əkər, Mövlud Çavuşoğlu, Bəkir Bozdağ və Ömər Çəlik kimi şəxslərin də aralarında yer aldığı millət vəkillərinin önü açılacaq.

Məhmət Şimşək, Məhmət Müəzzinoğlu, Veysəl Əroğlu, İdris Güllücə, Cövdət Yılmaz, Lütfü Əlvan, Fikri İşıq, Əhməd Aydın, Əhməd İyimaya, Nejdət Ünüvar, Ayşə Nur Baxçaqapılı, Öznur Çalıq, Sürəyya Sadi Bilgiç, Rəcayi Bərbər adlı şəxslər isə partiya ilə sağollaşmalı olacaqlar".

Qeyd edək ki, partiyanın nizamnaməsində "3 dəfə millət vəkili seçilənlər 1 dəfə fasilə vermək məcburiyyətindədir" maddəsi var.

Tarix
2015.06.25 / 13:53
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla