Yuxarı

Xudyakov Bakı-2015-in güləşçisinin müdafiəsinə qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dumasının deputatı Roman Xudyakov Bakı-2015-in gümüş mükafatçısı ukraynalı güləşçi Jan Belenyukun Kliçko ilə selfisinə kinayəli münasibət göstərib.

Axar.az xəbər verir ki, Jirinovskinin adamı öz fikirlərini Feysbuk səhifəsində bölüşüb.

"Kiyevin meri Kliçko Bakıdakı Avropa Oyunlarının mükafatçısı güləşçi Jan Belenyukun ondan xahiş etdiyi yeni mənzilin əvəzinə özü ilə selfi çəkdirməyi təklif edib. Belenyukdan fərqli olaraq keçmişdə milyonlarla dollar qazanan Kliçkonun bu hərəkəti inanılmaz laqeydlikdir. Əziz ukraynalı idmançılar, bilirsinizmi sizin uğurlarınızı nə ilə qiymətləndirirlər? Sadəcə Kiyev merinin fotosu ilə. Yəqin ki, Olimpiya oyunlarının mükafatçılarına Yaçenyuk və ya Poroşenko ilə selfi çəkmək təklif ediləcək".

Qeyd edək ki, Avropa Oyunlarının gümüş mükafatçısı Jan Belenyuk İnstaqramda Kiyev meri Kliçko ilə çəkdirdiyi şelfini yerləşdirərək onun yeni mənzillə bağlı laqeydliyinə kinayə ilə yanaşıb.

Tarix
2015.07.03 / 20:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla