Yuxarı

Türkiyə təyyarəsi Naxçıvana Ermənistan üzərindən uçdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

TK326 reysi üzrə Gəncədən Naxçıvana uçan Türkiyə Hava Yollarına məxsus “Boinq 737” təyyarəsi Ermənistan hava məkanından istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə “Vestnik Kafkaza” məlumat yayıb.

Bildirilib ki, uçuş 4 sentyabrda baş tutsa da, bu barədə informasiya bu gün yayılıb.

Saat 9:57-də Gəncədən havaya qalxan təyyarə saat 10:32-də Naxçıvana eniş edib.

“Flaytradar” monitorinq portalının məlumatında deyilir ki, təyyarə Göyçə gölü və Göyçə vilayəti üzərindən uçuş icra edib.

AZAL-ın açıqlamasında isə deyilir ki, uçuş Beynəlxalq Mülki Aviasiya Təşkilatının hava nəqliyyatı ilə bağlı qaydaları çərçivəsində baş tutub.

Tarix
2021.09.09 / 21:19
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Rusiyadan Azərbaycan və daha üç ölkəyə təklif...

Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!

Liderlər mətbuata birgə bəyanatla çıxış etdilər - Foto

Üç türk ölkəsi liderlərinin iştirakı ilə sənədlər imzalandı

İlham Əliyevlə Berdiməhəmmədovun geniş tərkibdə görüşü oldu

Prezident: Bölgəmizdə yeni əməkdaşlıq formatı yaradılır

Mirziyayevdən Xəzərdəki yataqlarla bağlı təklif...

Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident

Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi...

Üç türk ölkəsi liderlərinin görüşü oldu - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla