Yuxarı

BMT və İƏT əməkdaşlığı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT və İƏT əməkdaşlığı müzakirə etdi

BMT Baş katibi Antonio Quterreş və İƏT Baş katibi Yusif bin Əhməd əl-Osaymin arasında Nyu Yorkda keçirilən görüşdə dünyanın iki böyük beynəlxalq təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Axar.az xəbər verir ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən görüşdə hər iki baş katib əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib. A.Quterreş İƏT-in Yaxın Şərq və İslam aləmində, həmçinin bütün dünyada sülhün və sabitliyin bərqərar olmasında mühüm rolunu vurğulayıb.

Y.Osaymin, öz növbəsində, BMT-nin qlobal çağırışlar fonunda fəaliyyətinin daha da güclənməsinin vacibliyini qeyd edib, rəhbərlik etdiyi təşkilatın bu işə töhfə verəcəyini bildirib.

Görüşdə beynəlxalq məsələlər, o cümlədən silahlı münaqişələr, terrorizmlə mübarizə, iqlim dəyişikliyi və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2021.09.22 / 01:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla