Yuxarı

Bakı bu məsələni 10 noyabr bəyanatına salmaq istəyirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bu məsələni 10 noyabr bəyanatına salmaq istəyirdi

Azərbaycan bu məsələni 10 noyabr 2020-ci il bəyanatının müzakirəsinə də salmaq istəyirdi.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda jurnalistlərin Ermənistandakı Azərbaycan anklavları məsələsinin necə həll ediləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bizim mövqeyimiz belədir: başa düşməliyik ki, xəritələrdə əks olunan anklavların hansı əsası var? Bunun hüquqi əsası var, ya yox? Bu xəritədə sadəcə bir konturdur, yoxsa belə deyək, iki kolxoz arasında digərinə ərazi verməkdir? Biz ciddi şəkildə bu fəaliyyətin hüquqi əsası olduğuna şübhə edirik”.

O bildirib ki, bu məsələyə demarkasiya və delimitasiya ilə bağlı yaradılması nəzərdə tutulan birgə komissiyada baxılmalıdır:

“İrəvan bunların hüquqi əsaslarının anlaşılması üçün müzakirələrin əleyhinə deyil. Biz bilirik ki, dünyada anklavların ölkələrin sərhədləri içində qalması təcrübəsi var. Ancaq bundan əvvəl biz hüquqi əsasları anlamalıyıq”.

Qeyd edək ki, erməni mediası bu sualı Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılması barədə müzakirələr fonunda verib.

Tarix
2021.11.23 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla