Yuxarı

Zelenski ilə mübahisə edən jurnalistə cinayət işi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski ilə mübahisə edən jurnalistə cinayət işi açıldı

Noyabrın 26-da Ukraynada mətbuat konfransı zamanı Prezident Volodimir Zelenski ilə sərt tonda mübahisə edən “Senzor.net” saytının baş redaktoru Yuri Butusov barəsində cinayət işi açılıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, cinayət işini Ukrayna Dövlət İstintaq Bürosu (DİB) qaldırıb.

Buna səbəb jurnalistin ötən gün - Qolodomor faciəsinin ildönümü günü sosial şəbəkə hesabında paylaşım etdiyi video olub.

Jurnalistin paylaşdığı videoda bir müddət əvvəl hərbi məşğələlər zamanı 152 mm-lik D-20 tipli top-haubitsadan “İşğalçılara atəş!” şüarı ilə atəş açması əks olunub.

Cinayət işi ilə bağlı bildirilib ki, jurnalistin sosial şəbəkədə paylaşdığı bu cür materialların dərci Ukrayna dövlətinin informasiya təhlükəsizliyinə xələl gətirir və təcavüzkar dövlətin nümayəndələrinə Ukraynaya təzyiqləri artırmağa imkan verir.

Tarix
2021.11.28 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla