Yuxarı

Amerikalı jurnalist Rusiyadan deportasiya olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikalı jurnalist Rusiyadan deportasiya olundu

Bir vaxtlar "Financial Times"da müxbir olaraq işləyən və Sovet Respublikası ilə bağlı üç əhəmiyyətli kitab nəşr edən amerikalı jurnalist Devid Setter Rusiyadan deportasiya olunub.

"Axar.az"ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Setter soyuq müharibə başa çatdıqdan sonra Rusiyadan deportasiya olunan ilk amerikalı jurnalist olub.

Amerikalı jurnalistə Rusiyaya girişinin qadağan edilməsi barədə xəbər dekabrın sonunda verilib. Sentyabrın 13-dən Moskvada yaşayan jurnalist vizasının vaxtını yeniləmək üçün Kiyevə gedib.

ABŞ-ın Moskva səfiri Mikael MkFaul Setterlə bağlı olaraq Rusiya Xarici işlər nazirinin müavini Sergey Rıbakova müraciət edib. Bunun ardından səfirlik telekanallardan izahat istəsə də bir cavab ala bilməyib.

Bu hadisə Soçi olimpiadası öncəsi ABŞ və Rusiya arasında gərginliyi daha da artırıb.

Putinin neft maqnatları Mixail Xodorkovski, Gizem Akanın da olduğu "Greenpeace" aktivistləri və "Pussy Riot" qrupunun iki üzvünü azadlığa buraxması və son olaraq amerikalı jurnalistin Rusiyadan deportasiyası soyuq müharibə illərini xatırladır.

Tarix
2014.01.15 / 01:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla