Yuxarı

Ekspert: Putinin nüvə çamadanı bu cür işləyir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert: Putinin nüvə çamadanı bu cür işləyir - Video

09:00

Rusiya Prezidenti Vladimir Putinin məşhur nüvə çamadanında kodlar olan seyf var.

Axar.az xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Oleq Jdanov deyib.

"Bu seyfdə elektron kilid var, müasir standartlara görə, artıq açar yoxdur. Seyf barmaq izi ilə işləyir, içərisində kodlar var. Seyfi açanda şifrə əlavə olunur və sonra əmr mərhələsi başlayır. Hər mərhələdə bu kod yoxlanılır və ona müəyyən hissə əlavə olunur. Nəhayət, başlatma cihazında bu kod daxil edildikdə qırmızı düymənin yerləşdiyi operatorun kabinəsi açılır - açar çevrilir və "Başlat" düyməsi basılır. Raket başlanğıc mövqeyini tərk edir. Prosedur belədir”, - ekspert bildirib.

O bildirib ki, seyfdə GPS var və onu heç yerə aparmaq olmaz:

"Əvvəllər çamadan hətta onu daşıyan şəxsə qandallı olub. Sovet İttifaqında çamadan gəzdirmək adət idi. SSRİ və Rusiyada ənənəyə görə, bu çamadan göstəriş olaraq götürülür”.

Qeyd edək ki, bir neçə gün öncə Vladimir Putinin mühafizəçisi və “nüvə çamadanı”nı daşıyan FSB polkovniki Vadim Ziminin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayılmışdı.

Tarix
2022.06.27 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla