Yuxarı

Rusiya ticarət mərkəzini haradan və necə vurub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ticarət mərkəzini haradan və necə vurub?

Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərinin ticarət mərkəzinə raket zərbəsinin haradan atıldığı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Tu-22 M3 uzaqmənzilli bombardmançı təyyarələrindən atılan X-22 raketləri ilə Kremençuq şəhərindəki ticarət və əyləncə mərkəzini vurub:

“Düşmən təyyarələri Şaykovka aerodromundan havaya qalxıb, buraxılışlar isə Kursk vilayətindən həyata keçirilib”.

Qeyd edək ki, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.

Tarix
2022.06.28 / 00:05
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla