Yuxarı

Qaçırılan türk işçilər vətəndə, Ərdoğan isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaçırılan türk işçilər vətəndə, Ərdoğan isə...

İraqda qaçırılan 16 türk işçisi Ankara hava limanına çatıb.

Axar.az-ın yaydığı məlumata görə, 28 gün girovluqda olan işçilər özəl təyyarə ilə Türkiyəyə gətirilib.

Onları Baş nazirin köməkçisi Yalçın Akdoğan, Ankara valisi Mehmet Kılıçlar və digər rəsmilər qarşılayıb. Onların yaxınları göz yaşları içərisində əsirlikdən azad olanları gözləyib.

Ayşə Uzun adlı qızın atasını ona qovuşduran təyyarəni görəndə "ata" deyə qışqırması hər kəsin qanını dondurub. Azyaşlı qız göz yaşları içində atası Mehmet Uzunu qucaqlayıb. Daha sonra işçilər Prezident Sarayına aparılıb. Onların Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, İraqda silahlılar tərəfindən qaçırılan 18 işçidən ikisi bir müddət qabaq azad edilmişdi. Onları hansı silahlı qruplaşmanın girov götürdüyü açıqlanmayıb.

Tarix
2015.10.01 / 01:33
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla