Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Müxalifətin qərarı bu gün bəlli olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı vətəndaş müharibəsinin müzakirə ediləcəyi 2-ci Cenevrə konfransına çox az vaxt qalıb, amma müzakirədə iştirak edəcək tərəflərin bir-birinə qarşı necə rəftar edəcəyi hələlik bəlli deyil. Müxaliflər qərarlarını bu gün İstanbulda keçirəcəkləri toplantıda verəcəklər.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Milli Koalisiyası yanvarın 22-si İsveçrənin Montrö şəhərində başlayacaq 2-ci Cenevrə Konfransında iştirak edib-etməyəcəyinə bu gün İstanbulda keçirəcəyi toplantıda qərar verəcək. Keçən həftə İstanbulda keçirilən sonuncu toplantıda Səudiyyə Ərəbistanının dəstəklədiyi Əhməd Cərbənin yenidən başqan seçilməsi narazalığa səbəb olmuşdu, bununla əlaqədar 114 üzvü olan koalisiyanın 44 üzvü etiraz olaraq istefa vermişdi. Qətərin namizədi keçmiş Baş nazir Riyad Hicabın isə seçkiləri uduzandan sonra öz tərəfdarları ilə birlikdə hərəkət etdiyi qeyd edilib.

Ölkə xaricindəki müxalifətin hər toplantısına fikir ayrılıqları öz damğasını vurur. Suriyadakı müxalif qruplar da qarşıdurmalara davam edir. İraq-Şam İslam Dövləti (İŞİD) ilə digər müxalif qruplaşmaların arasında son iki həftə ərzində yaşanan qarşıdurmalar nəticəsində ən azı 1100 adamın öldüyü açıqlanıb. Ölənlərdən 130-nun sıravi vətəndaş olduğu bildirilir.

Tarix
2014.01.17 / 13:43
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Загрузка...
Digər xəbərlər

Tramp nə deyirsə, desin... - Baxçalı

İranda daha iki nazirlik yaradılır

Tramp fərman imzaladı: Son qoyulsun!

Kim Çen İni diqqətlə izləyirik - ABŞ

Ərdoğan dünyanın ən böyük limanının açılışını edəcək

Almaniya ilə Rusiya arasında yeni böhran

Ərdoğan parlamentli demokratiya məsələsinə son qoydu

BMT-dən Suriya bəyanatı: Uşaqlar və qadınlar...

Əsəd ordusu İranla birgə cənuba hücuma keçdi

Türk ordusunun əməliyyatı başa çatdı: Menbiçdə...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla