Yuxarı

İran təkzib etdi: Rusiya da bunu etməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran təkzib etdi: Rusiya da bunu etməyəcək

Heç bir ölkə, o cümlədən Rusiya İranın “Xəyyam” peyki vasitəsilə çəkilmiş fotolardan hərbi məqsədlər üçün istifadə etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə İran Kosmik Agentliyi məlumat yayıb.

“Bəzi KİV-lərdə bu peykin şəkillərinin digər ölkələrin hərbi məqsədləri üçün istifadəsi ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir. Peykin idarə edilməsi və istismarı ilə bağlı bütün əmrlər orbitə buraxıldıqdan dərhal sonra İran İslam Respublikası ərazisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus kosmik bazalarda yerləşən iranlı mütəxəssislər tərəfindən yerinə yetiriləcək”, - məlumatda deyilib.

Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti Rusiyanın İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətində olduğunu iddia etmişdi.

Tarix
2022.08.08 / 09:47
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla