
Ürək çatışmazlığına çarə tapıldı
02:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Amerikalı iş adamı İlon Mask Tayvanla bağlı münaqişənin qaçılmaz olduğunu bildirib və bunun qarşısını almağın yolunu göstərib.
Axar.az xəbər verir ki, İlon Mask bununla bağlı Böyük Britaniyanın “Faynənşl Tayms” qəzetinə müsahibəsində deyib.
Milyarder adanın Çinin xüsusi inzibati bölgəsinə çevrilməsini təklif edib.
"Mənim tövsiyəm... Tayvan üçün xüsusi inzibati zona qurulmasıdır. Düşünürəm ki, bəlkə onlar Honq-Konqdan daha liberal statusla razılığa gələ bilərlər", - deyə o söyləyib.
“Tesla”nın sahibi bu ideyanın hamıya xoş gəlməyə biləcəyini də etiraf edib.
Xatırladaq ki, bu həftənin əvvəlində milyarder Rusiya-Ukrayna nizamlanmasına dair ziddiyyətli fikirlər səsləndirməklə artıq Ukrayna hakimiyyətinin qəzəbini özünə çəkməyi bacarıb.
Tarix
2022.10.07 / 23:00
|
Müəllif
Axar.az
|