Yuxarı

Maşında gələndə Paşinyanla bunu danışdıq - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşında gələndə Paşinyanla bunu danışdıq - Putin

Ermənistanla Rusiya arasında münasibətlər qədim və dərin köklərə malikdir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT-nin sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi ikitərəfli görüşdə deyib.

“Siz artıq qeyd etdiniz ki, ikitərəfli əlaqələr müttəfiqlik mahiyyəti daşıyır, dərin və qədim kökləri var. Bu tarixə baş vurmağa ehtiyac belə yoxdur. Bunun nə olduğu, ikitərəfli münasibətlərimiz üçün nə qədər əhəmiyyət kəsb etdiyi artıq bizə aydındır. Bu günə gəldikdə, əgər ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 19% artmışdısa, bu ilin 10 ayında 67% artıb. Bəli, bu, hazırkı vəziyyətin xüsusiyyəti ilə bağlıdır, ancaq şübhəsiz ki, gələcək üçün yaxşı bazadır”, - Putin qeyd edib.

O bildirib ki, Paşinyanla nəqliyyat arteriyalarının açılmasını müzakirə edib:

“Biz sizinlə görüşəndə, maşınla gələndə (Paşinyan Putini hava limanında şəxsən qarşılamışdı və onun maşınına oturmuşdu – red.) regional xarakterli məsələləri müzakirə etdik, o cümlədən regional məsələlərin həlli, nəqliyyat arteriyalarının açılmasını danışdıq... Çox şadam ki, bugünkü tədbir çərçivəsində ikitərəfli görüş imkanımız yarandı”.

Putin, həmçinin, Paşinyanı KTMT-yə uğurla sədrlik etməsinə görə təbrik edib.

Qeyd edək ki, Ermənistanın KTMT-yə sədrliyi İrəvanda keçirilən sammitdə rəsmi olaraq Belarusa ötürüb.

Tarix
2022.11.24 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Canlı

Hikmət Hacıyev Alen Simonyanla görüşdü - Foto

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla