Yuxarı

Ukrayna tükənir, ABŞ yardımı dayandıracaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna tükənir, ABŞ yardımı dayandıracaq

Ukraynanın müharibə zamanı itkiləri ilə bağlı təsadüfən sızan həqiqət ABŞ-ın Rusiyaya qarşı mübarizədəki mövqeyinin dalana dirəndiyini üzə çıxarıb.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Stiven Brayan “Asiya Tayms”dakı məqaləsində qeyd edib.

"Prezident Co Bayden kursunu dəyişməsə, o, prezidentliyinin sonunu gətirəcək milli təhlükəsizlik böhranı ilə üzləşəcək", - deyə müəllif xəbərdarlıq edib.

O vurğulayıb ki, Ukraynada hərbçi çatışmır, infrastruktura hücumlar nəticəsində çox böyük itkilər verilir, milyonlarla vətəndaş ölkəni tərk edib.

Brayan Ukrayna Silahlı Qüvvələrinin təqribən 198 min nəfər olduğu barədə məlumatlara istinad edərək, Prezident Vladimir Zelenskinin itkilərə görə ciddi böhranla üzləşdiyini, ehtiyatların da tədricən tükəndiyini vurğulayıb.

"Avropalılar açıq şəkildə bildirdilər ki, onların resursları kritik həddə düşüb və Ukraynaya tədarüklər mümkün olmaya bilər. Onların yüksək texnologiyalı silahlarını bir kənara qoyaq, hətta 155 millimetrlik mərmisi də yoxdur. Buna görə də Tayvana hərbi təchizat dayandırıldı - nə HIMARS sistemləri, nə F-16 qırıcıları, nə də uzaq mənzilli artilleriya alacaq.

Aydındır ki, ABŞ-ın özündə belə silahlar yoxdursa, Konqres Ukraynaya milyardlarla dollarlıq silah ayırmağı dayandıracaq", - Brayan bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynanın 100 mindən çox hərbçi itirdiyini söyləmişdi.

Tarix
2022.12.02 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla