Yuxarı

İran Ermənistana iki il dözdü, sonra isə... - Manvelyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ermənistana iki il dözdü, sonra isə... - Manvelyan

İran və Ermənistan arasında mühüm problemlərdən biri də yük daşımaları ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu erməni ekspert Armen Manvelyan deyib.

“Fakt budur ki, İrandan yüklərin daşındığı əsas Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçib. Erməni tərəfi Tatevdən keçən alternativ yol çəkib. Yeni yol keyfiyyətsizdir və bu da yükdaşımalarda müəyyən narahatlıqlar yaradır.

Ermənistan hakimiyyəti İran yüklərinin daşınması üçün rüsumlar tətbiq edib, hansı ki, əvvəllər nə İran, nə də Ermənistan tərəfi tətbiq edirdi.

Ermənistanın hazırkı hakimiyyət orqanları İran mallarına gömrük rüsumları tətbiq etdikdən sonra İran iki il gözlədi və sonra Ermənistan üçün də gömrük rüsumları tətbiq etdi”, - ekspert bildirib.

Manvelyanın sözlərinə görə, bütün bunlar iki ölkə arasında münasibətlərə mənfi təsir göstərib:

“Bu gün bir çox erməni yükdaşıyıcıları İranla sərhəddə yüksək gömrük rüsumlarından şikayətlənir, lakin bütün suallar öz uzaqgörən qərarları ilə hazırkı vəziyyətə gətirib çıxaran Ermənistan hakimiyyətinə ünvanlanmalıdır”.

Tarix
2022.12.08 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla