Yuxarı

Suriyanın yeni prezidenti kim olacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyanın yeni prezidenti kim olacaq?

Əsəd hakimiyyətdən getdikdən sonra Suriyada iqtidara kimin gələcəyi maraqla gözlənilir.

Axar.az xəbər verir ki, dünya mediasında Suriya prezidenti postuna iki ən real namizəd göstərilir. Bunlardan biri, vətəndaş müharibəsi dövründə Milli Şuraya başçılıq edən Muaz Hatib, digəri isə müharibə başladıqdan sonra Əsədlə razılaşmayaraq ölkəni tərk edən general Menaf Talasdır.

Rusiya ilə yaxınlıq…

Suriyada vətəndaş müharibəsi başladıqdan sonra rejimə qarşı mübarizə aparan Milli Koalisiyanın lideri Muaz Hatib Dəməşq hakimiyyətinə ən real namizəddir. Cenevrə yığıncaqlarına qatılan Hatib Avropa Parlamentində dəfələrlə çıxış edib, Rusiya ilə danışıqlar aparıb. Hatibin Suriya müxalifəti arasında böyük nüfuza malik olduğu deyilir.

Muaz Hatib Türkiyə tərəfindən də dəstəklənir. 2012-ci ilin sonunda Prezident Rəcəb Tayyib Ərdoğan Şanlıurfada onu "dünyanın qəbul etdiyi qanuni lider" adlandırmışdı.

Əsədin tələbə yoldaşı

Menaf Talasın da adı Suriyanın gələcəyi ilə bərabər çəkilir. Talas general rütbəsində prezident alayının 105-ci Briqada komandiri olarkən vətəndaş müharibəsi başladıqdan dərhal sonra rejimi sərt tənqid etmişdi. Daha sonra Türkiyəyə qaçan Talas Əhməd Davudoğlu ilə görüşmüş, oradan da Avropaya getmişdi.

Bəşər Əsədin tələbə yoldaşı olan Talas Qərb dəyərlərini mənimsəmiş, Qərb ölkələrinin Suriya prezidenti kimi görmək istədiyi bir şəxsdir.

Tarix
2015.10.28 / 23:57
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Dəhliz Azərbaycandan başlayıb Azərbaycanda bitəcək - Paşinyan

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla