Yuxarı

Szinpinin bu addımı İranı təşvişə saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Szinpinin bu addımı İranı təşvişə saldı

Çin İran və ərəb ölkələri ilə əlaqələrə bərabər səviyyədə önəm verir.

Axar.az xəbər verir ki, bu sözləri çinli ekspert Yanq Mian Çin hakimiyyətinin son dönəmdəki Yaxın Şərq siyasətini şərh edərkən deyib.

“Səudiyyə Ərəbistanı İranla birbaşa münaqişədədir və BƏƏ-nin İranla ərazi mübahisəsi var. Lakin Çinin Ərəbistan və digər ərəb ölkələri ilə əlaqələri inkişaf etdirməsi İranla münaqişədə onları dəstəkləməsi anlamına gəlmir. İran və körfəz ölkələri arasında gərginlik dönəmində Çin Baş nazirinin müavini Hu Çunhuanın Tehrana səfər etməsi İranla əlaqələri dərinləşdirmək istədiyinin göstəricisidir. Çin və İran ötən il 25 illik strateji əməkdaşlıq razılaşması imzaladı. Bu, Qərbin İrana yönəlik sanksiyalarının təsirini azaltmaq üçün çox önəmlidir. Çin hər zaman Yaxın Şərq ölkəlri ilə dostyana əlaqələrin inkişaf etdirilməsindən yanadır, münaqişəyə daxil olmaz, tərəf bildirməz”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Çin lideri Si Szinpinin Səudiyyə səfəri və Körfəz ölkələri Əməkdaşlıq Şurasınının yekununda İrana qarşı bəyannamə qəbul etməsi İran rəsmi dairələrində narahatlığa səbəb olmuşdu. Belə ki, bəyannamə Hörmüz boğazında İran və BƏƏ arasında ixtilafa səbəb olan üç ada ilə bağlıdır. Sənəddə bildirilir ki, Çin və Körfəz ölkələri problemi dialoq yolu ilə həll etməlidir, belə ki, adalar İran tərəfinin nəzarətində olsa da, hüquqi cəhətdən BƏƏ-yə aiddir.

Tarix
2022.12.15 / 09:08
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla