Yuxarı

Berluskoni yenidən siyasətə qayıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berluskoni yenidən siyasətə qayıdır

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 20 il əvvəl yaratdığı və 4 il əvvəl ləğv etdiyi İtaliya (Haydi İtaliya) Partiyasının yenidən aktiv siyasətə başladığını elan edib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mərkəz sağ birləşməsinin lideri Berluskoni bu addımla siyasi manevr edib. Başqanı olduğu Azadlıq Xalq Partiyasını (AXP) bağlayan Berluskoni siyasətə atıldığı dövrdə ilk qurduğu partiya olan "Forza İtaliya" ilə yenidən aktiv siyasətə qoşulub. Fərdi mənfəətlərinə görə keçən həftələrdə hökuməti vurmağa cəhd edən Berluskoni kabinetdəki 5 nazirin onu yarı yolda qoymasından sonra məqsədinə çata bilməmişdi. Berluskoninin bu 5 nazirin içində olan baş nazir köməkçisi və Daxili İşlər naziri Ancelino Alfanoya sadəcə ad dəyişdirən yeni partiyada yer verməsi diqqət çəkib. Berluskonin daha əvvəl "O mənim xələfim olacaq" dediyi Alfano AXP-nin ümumi katibi idi. Berluskoni Lettanın koalisiya hökumətini dəstəkləyəcəklərini və söz verdikləri islahatları həyata keçirəcəklərini açıqlayıb. Məlumat üçün bildirək ki, Baş nazir olarkən adı müxtəlif intim qalmaqallarda hallanan Berluskoni icbari həbsdən yaxa qurtara bilməyib və ona qarşı məhkəmə çəkişmələri davam edir. 75 yaşlı Berluskoninin "siyasətə qayıdış" manevrində ittihamlardan qorunmaq istəyi də istisna deyil.

Tarix
2013.10.27 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla