Yuxarı

MKİ-nin “kölgəsi”: “Təyyarə içəridən partladılıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyat peykinin Sinay yarımadasında Rusiyaya məxsus A321 təyyarəsinin qəzaya uğradığı ərazidə qeydə aldığı istilik işartısı laynerin yerə çırpıldığı an baş verən partlayışla əlaqəli ola bilər və ya ümumiyyətlə, onun bu hadisəyə aidiyyəti yoxdur.

Axar.az xəbər verir ki, Pentaqonun yüksək vəzifəli nümayəndəsi peykdə raket atəşlərinə nəzarət üçün nəzərdə tutulmuş infraqırmızı sensorların həqiqətən də Rusiya təyyarəsinin keçdiyi yerdə və vaxtda parıltı qeydə aldığını təsdiqləyib. Lakin amerikalı ekspert, eyni zamanda, raket atəşinin buraxdığı izə rast gəlmədiyini və bu səbəbdən təyyarənin raketlə vurulduğu barədə məlumatların həqiqəti əks etdirmədiyini, qəzanın səbəbi barədə dəqiq fikir söyləməyin hələ tez olduğunu deyib.

Pentaqon rəsmisinın sözlərinə görə, əgər parıltı təyyarə ilə əlaqədardırsa, bu o deməkdir ki, təyyarə ya havada, ya da yerə düşdüyü zaman partlayıb. Qəzanın baş verdiyi rayonda hərbi əməliyyatlar aparıldığından qeydə alınan istilik parıltısının təyyarəyə aid olmaması da mümkündür.

ABŞ-ın "Stratfor" kəşfiyyat-analitik agentliyi isə öz növbəsində qəzanın A321 təyyarəsinin göyərtəsində partladıcı qurğunun işə düşməsi nəticəsində baş verməsi ehtimalının daha yüksək olduğunu bildirib. Agentliyin məruzəsində qeyd olunur ki, qəzanın səbəbləri kimi başqa versiyalar da istisna edilmir, lakin onlarla bağlı ehtimal çox cüzidir.

Müəlliflərin fikrincə, təyyarə qəzasının əlamətləri onun göyərtəsində partlayışın baş verməsi versiyasına tam uyğun gəlir:

"A321 hündürlüyünü kəskin surətdə itirməyə və havada parçalanmağa başlayıb".

Xatırladaq ki, oktyabrın 31-də Şarm əş-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Tarix
2015.11.03 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla