Yuxarı

İran öz nüvə proqramını dayandırmayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran bütün Cenevrə razılaşmalarını yerinə yetirir, lakin öz nüvə proqramını tam dayandırmayacaq. İTAR-TASS-a istinadən verdilən məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Ağ ev bunu (İranın 20% -dək uranın zənginləşdirilməsi proqramının dayandırılması) İranın nüvə proqramının tam dayandırılmasının başlanğıcı kimi təqdim etməyə çalışır", - Zərif deyib.

Zərif vurğulayıb ki, Tehran öz üzərinə müəyyən öhdəliklər götürüb və onları yerinə yetirəcək.

Xüsusilə, həmin sazişdə nəzərdə tutulmuş müddət ərzində uranın zənginləşdirilməsinin 5%-dən artığı dayandırılacaq, yarım ildən sonra 20 faizə qədər zənginləşdirilmiş nüvə materiallarının bütün ehtiyatları məhv ediləcək. Bundan əlavə, İran istənilən zənginləşdirmə sentrifuqaların quraşdırılmasını və uranın zənginləşdirilməsi üzrə yeni mərkəzlərin tikintisini dayandırmalıdır.

"Bu zaman biz sentrifuqaları və digər avadanlıqları sökməyəcəyik, sadəcə biz 5 faizdən artıq uranın zənginləşdirilməsini dayandıracağıq", - İranın xarici siyasət idarəsinin rəhbəri bildirib (Trend).

Tarix
2014.01.23 / 08:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla