Yuxarı

Netanyahunun katibi: Obama antisemit, Kerri uşaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahunun katibi: Obama antisemit, Kerri uşaq

İsrail Baş naziri Benyamin Netanyahunun yeni mətbuat katibi Ran Baratz ABŞ Prezidenti Barak Obamanı antisemitizmdə günahlandırıb.

Axar.az xəbər verir ki, şəxsi Feysbuk hesabında ABŞ siyasətini tənqid edən Baratz İsrail Prezidenti Reuven Rivlinin də öldürüləcək qədər əhəmiyyətli olmadığını iddia edib. O, Dövlət katibi Con Kerrininsə 12 yaşlı uşaq ağlında olduğunu deyib.

"Röyter"in məlumatına görə, katib qalmaqallı şərhindən sonra Baş nazir Benyamin Netanyahuya zəng edərək üzr istəyib.

Netanyahu da mətbuata açıqlama verərək Baratzın paylaşımlarını "yaraşıqsız" adlanıdırıb. Bu sözlərin hökumətin siyasətini dəyişdirməyəcəyini yazan baş nazir Baratzın işdən çıxarılmayacağını deyib.

Digər tərəfdən Ağ Ev də Baratzın yazdıqlarına münasibət bildirib. Vaşinqton rəsmisi Coş Ernest İsrail rəsmisinin üzrünü məmnuniyyətlə qarşıladıqlarını, bu şərhlərin iki ölkə arasında gərginliyə səbəb olmayacağını deyib.

Tarix
2015.11.07 / 00:25
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla