Yuxarı

Hitlerin heyrətamiz islahatları - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hitler və tərəfdarları nəinki Almaniyanın və Avropanın, hətta bəşəriyyətin tarixinə qəddar insanlar, dünyanın amansız, avantürist siyasətçiləri, ideoloqları, irqçiləri kimi düşdülər. Birinci Dünya Müharibəsinin nəticələrindən və dünya iqtisadi böhranından, inflyasiyadan, işsizlikdən, yoxsulluqdan əziyyət çəkən alman xalqına minillik "səadət" vəd verən nasional sosialistlər iddia edirdilər ki, Almaniyaya xoşbəxtlik bəxş edəcəklər. Nəticə isə bunun tam əski oldu. 14 milyon almanın məhvi, zorlanmış 2 milyon alman qadını və yarım əsr parçalanmış Almaniya. Bununla belə Hitler, əlaltıları və partiyası nəinki Almaniya, habelə dünya tarixində bir sıra yeniliklərə, ilklərə imza atdılar. Qərb siyasətçiləri və ideoloqları özləri də indi bunu etiraf edirlər.

Axar.az Publika.az-a istinadən Hitlerin və onun tərəfdarlarının kəşflərini, yeniliklərini təqdim edir:

Hitlerin hakimiyyətə gəlməsinin əsas səbəblərindən biri də nasistlərin almanlara yoxsulluğu (o cümlədən işsizliyi) azaldacaqları barədə verdiyi vədlər, hazırladıqları sosial proqram idi. Həmin dövrdə yaşamış almanlardan biri bir çörək və kolbasa üçün mağazaya 15 milyon marka pul ödədiyini xatırlayır. İnflyasiya Hitlerin hakimiyyətə gəlməsinə qədər davam etdi.

Adolf Almaniyada yoxsulluğun azaldılması, yoxsul almanların orta səviyyədə yaşamalarını nəzərdə tutan proqramlar qəbul etdi. Bu, uğurlu proqram olmaqla yanaşı, həm də güclü təbliğat vasitəsi idi. Nasistlər doğrudan da Almaniyada yoxsulluğun və işsizliyin səviyyəsini bir neçə dəfə azaltdılar. Ölkə Avropanın ən güclü dövlətinə çevrildi.

Nasistlərin o dövrdə müasir sayılan geyimlərə münasibəti də fərqli idi. Bəlkə də çoxlarımız bilmirik. Amma "Adidas", "Puma" və "Bas" kimi məşhur markaları məhz nasistlər yaratdılar. İndi bir sıra muzeylərdə saxlanılan nasist hərbi və mülki geyim formalarını bu məşhur firmalar tikirdilər.

Avropada ilk avtomobil yollarının inşası Hitlerin hakimiyyəti dövründə reallaşdı. Əsas məqsəd ölkəni müasirləşdirmək, yollar çəkməklə iqtisadiyyatı gücləndirmək, daşımaları sürətləndirmək idi. Onlar buna nail ola bildilər. Yüz min fəhlənin çalışdığı avtomobil yolları təkcə Avropa deyil, ümumiyyətlə bütün dünya üçün bir nümunə idi.

Hərfi tərcüməsi "Xalqın avtomobili" mənasını verən "Volkswagen" da nasistlərin dövründə istifadəyə buraxıldı və qısa müddət sonra populyarlaşdı. Çünki 990 marka qiyməti olan, kiçik mühərrikli avtomobil həm də qənaətcilliyi ilə seçilirdi.

Əxlaqi və insani dəyərlərin ayaq altına atıldığı nasist Almaniyasında tibb sahəsində müəyyən kəşflər edildi. Qəddar hitlerçilər homoseksualların, solçuların, yəhudilərin orqanizmləri üzərində həyata keçirdikləri tibbi sınaqlar nəticəsində bir sıra kəşflərə nail oldular.

Onlar genetika sahəsində yeniiklərə imza atdılar. Lakin bu sınaqlar yüz minlərlə günahsız insanın məhvinə səbəb oldu.

Ötən əsrin 30-40-cı illərində dünya kinosunda ilk yeniliklərə də məhz hitlerçilər imza atdılar. Bu da səbəbsiz deyildi. Hitler də, ətrafı da filmlərin cəmiyyətə, xüsusən ictimai şüura necə təsir etdiyini çox gözəl anlayır, sənədli və bədii ekran əsərlərindən təbliğat vasitəsi kimi istifadə edirdilər. Nasistlər kino sənayesində bir sıra uğurlar əldə etdilər. Bu arada bir maraqlı fakta diqqətinizi cəlb edək: hitlerçilərin kinodan təbliğat vasitəsi kimi istifadə etdiyi üsullar elə indi də Hollivudda istifadə edilməkdədir.

İlk, lakin qısa müddətli canlı yayım da nasistlər tərəfindən həyata keçirildi.

Həmin dövrdə ilk müasir raketlərdən istifadəyə məhz hitlerçilər nail oldular. Bununla bağlı ilkə imza atan hitlerçilərə Verner fon Braun adlı mühəndis kömək etdi. O, nasistlərə yeni, o dövr üçün daha müasir raket hazırlamağa kömək etdi.

Yeri gəlmişkən, ABŞ da bu nasist alimə borcludur. ABŞ hərbçilərinin Almaniyanın məğlubiyyətinin son günlərində öz ölkələrinə apardıqları Verner fon Braun yeni kosmik raketi icad etdi. Amerikalılar məhz həmin kosmik aparatla dünya tarixində ilk dəfə Aya eniş etdilər.

Hitler və tərəfdarları heyvanların üzərində tibbi sınaqların keçirilməsini hələ ötən əsrin 20-ci illərində qadağan etmək istəyirdilər. Lakin hakimiyyət sükanını yalnız 1933-cü ildə ələ keçirdiklərindən Almaniyada bu yasağı həmin il gerçəkləşdirdilər.

Qəribədir, heyvanlar üzərində tibbi yoxlamaları qadağan edən hitlerçilər ilk tibbi testləri, təhlükəli sınaqları da homoseksualların, kommunistlərin, yəhudilərin üzərində keçirirdilər.

Avropada heyvanların, xüsusən nəsli kəsilməkdə olan canlıların geniş şəkildə qorunmasını məhz Hitler və tərəfdarları həyata keçirdi. Nə qədər təəccüblü olsa da, Avropada hal-hazırda mövcud olan ov limitlərini və mövsümi ov yasağını, nəsli kəsilməkdə olan heyvanların öldürülməsini ilk dəfə hitlerçilər tətbiq edib. Elə bunun sayəsində indi Almaniyanın meşələrində canavarlar və digər heyvanlar qalmaqdadır.

Avropada ən yüksək tütün vergisini də Hitler tətbiq etdi. Tütün istehsalı ilə məşğul olan şirkətlərdən yığılan vergi Almaniyanın və Avropanın ən yüksək vergilərindən idi.

Siqaretin reklamı nasistlərin dövründə qadağan edildi. Restoranlarda, ictimai nəqliyyatda papiros çəkmək yasaq idi. Qəddar diktatorun siqaretə qarşı nifrəti elə idi ki, o, tütün iyi gələn otaqlarda çox qalmır, özü siqaret çəkmir, yanında kiminsə siqaret çəkməsinə də icazə vermirdi.

Tarix
2015.11.21 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla