Yuxarı

Rusların aylıq itkisi və qalan gücü açıqlandı - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya qarşı açdığı müharibədə böyük miqdarda hərbi texnika itirməkdə davam edir. Hər ay düşmən döyüş meydanında 150-yə yaxın tankı itirir, lakin Rusiya hələ də müharibə aparmaq imkanına malikdir.

Axar.az CNN-ə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında yer alıb.

"Ümumilikdə, Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı Rusiya demək olar ki, 10 min hərbi texnika itirib. Onların arasında tanklar, artilleriya qurğuları, pilotsuz təyyarələr və yük maşınları var", - hesabatda bildirilib.

Tədqiqatçılar qeyd edirlər ki, müharibə ərzində Rusiya 3,5 minə qədər tank itirib. Eyni zamanda, Rusiya ordusuna ilk dəfə 2013-cü ildə təhvil verilmiş modernləşdirilmiş T-72B3 tankının təxminən 500 ədədindən artıq istifadə olunmur.

"Avadanlıq çatışmazlığı səbəbindən ruslar köhnəlmiş silahları Ukraynaya keçirməyə başladılar. Xüsusilə, 1948-ci ildə istifadəyə verilmiş T-55 tankları cəbhədə istifadə olunur. Rusların yeni silahların istehsalı ilə bağlı problemləri var. Rusiyanın “Uralvaqon" zavodu ayda 20-yə yaxın tank istehsal edə bilir", - məlumatda qeyd olunub.

Eyni zamanda, analitiklər qeyd edirlər ki, Rusiya hələ də avadanlıqların həcmində üstünlüyə malikdir. Belə ki, 2023-cü ilin fevral ayına olan məlumata görə, Rusiyanın Ukraynadan 13-15 dəfə çox təyyarə, 7-8 dəfə çox tank və 4 dəfə çox zirehli döyüş maşını var.

Tarix
2023.04.20 / 09:13
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla