Yuxarı

Erməni nazir: “Yaydığım videoya görə üzr istəyirəm” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni nazir: “Yaydığım videoya görə üzr istəyirəm” - Video

Mən bütün ukraynalılardan yaydığım videoya görə üzr istəyirəm.

Axar.az xəbər verir ki, bunu Ukrayna televiziyalarından birinə müsahibəsində Ukrayna Daxili İşlər naziri Arsen Avakov söyləyib. O, emosiyalarına sahib çıxa bilmədiyi üçün təəssüf etdiyini bildirib:

"Mən bu insana zərbə endirməmək üçün ona emosional cavab verdim. Bu daha çox şəxsi səbəblərlə bağlı idi. Mən yorulmuşdum və demək olar ki, bütün gecəni yatmamışdım. Saakaşvili haqqında düşündüklərimin hamısını demişəm. Təəssüf edirəm ki, ölkə olanların hamısını gördü. Ukrayna siyasətinin reallıqları bundan da çirklidir".

Qeyd edək ki, bir müddət öncə Milli Reform Şurasında Ukrayna Daxili İşlər naziri Arsen Avakovla Odessa qubernatoru Mixail Saakaşvili arasında mübahisə yaranıb. Mübahisə zamanı Avakov içində su olan stəkanı Saakaşvilinin üzərinə atıb və onu korrupsiyada günahlandırıb. Baş nazir Arseni Yaçenyuk isə iclas zamanı Saakaşvilidən ölkəni tərk etməsini tələb edib.

Milliyyətcə erməni olan Avakov davanın görüntülərini sosial şəbəkədəki profilindən paylaşmışdı.

Tarix
2015.12.18 / 11:16
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla