Yuxarı

Çinlə Rusiya arasında insident... - "Blumberq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinlə Rusiya arasında insident... - "Blumberq"

Bu yaxınlarda Rusiya sərhədçilərinin hərəkəti Moskva və Pekin arasında diplomatik qalmaqal yaratdı. Ancaq bu, iki ölkə arasındakı münasibətlərdə soyuqluğun başlanğıcı olaraq qəbul olunmamalıdır.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Danışıq tonu son dərəcə sərt olsa da, bu, Pekində daha geniş (o cümlədən siyasətdə) dəyişikliyin olacağı göstəricisi deyil", - nəşr qeyd edir.

Çin və Qloballaşma Mərkəzinin prezidenti Henri Van Hueyyaonun fikrincə, bu insident dünyaya Çin və Rusiya arasındakı münasibətlərin düşündüklərindən daha mürəkkəb və çoxsəviyyəli olduğunu göstərdi:

"Çin Rusiya ilə münasibətləri yaxşı saxlamalıdır. Ancaq bu, Rusiyanın hər addımını Çinin bəyəndiyi anlamına gəlmir".

Qeyd edək ki, Qazaxıstan-Rusiya sərhədində rus sərhədçilərin Çin vətəndaşları ilə kobud rəftar etməsi insidentə səbəb olub. Belə ki, çinli diplomatların sözlərinə görə, iyulun 29-da Qazaxıstandan Rusiyaya keçməyə cəhd edən beş nəfər keçid məntəqəsində dörd saat ərzində dəfələrlə dindirilib. Sonda isə onlara ölkəyə giriş qadağan olunub və turist vizaları ləğv edilib. Bundan sonra Çinin Rusiyadakı səfirliyi sərhədçilərin hərəkətlərini pisləyən bəyanat yayıb və məsələnin araşdırılmasını tələb edib.

Tarix
2023.08.08 / 08:00
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla