Yuxarı

"Türkiyə sənə icazə verməyəcək"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşımız 7 iyunda "Baxın! Sizə xəbərdarlıq edirik" demişdi və biz də bu xəbərdarlığı nəzərə aldıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim partiyası AKP-nin sədr müavini Məhmət Əli Şahin deyib.

O bildirib ki, Türkiyə vətəndaşları 7 iyun və 1 noyabr seçkilərində doğru qərar veriblər:

"Bİz AKP-yik. AKP imamın ağ yaylığına bənzəyir və ən kiçik ləkə belə nəzərə çarpar. Vətəndaşların xəbərdarlığı hələ də diqqətimizdədir. Səhv edənlər varsa, onların göz yaşlarına aldanmayacağıq", - Şahin vurğulayıb.

Məhmət Əli Şahin onu qeyd edib ki, Türkiyənin cənub-şərq vilayətlərində muxtariyyət qurulmasına icazə verilməyəcək:

"Nə istəyirsiniz? Daxili muxtariyyət? Muxtariyyət nə deməkdir? Yəni bu məhəlləni yaxud bölgəni siz idarə edəcəksiniz və oraya da Türkiyə Cümhuriyyətinin təhlükəsizlik qüvvələri daxil ola bilməyəcək. Sizin də daxili təhlükəsizlik qüvvələriniz olacaq və vergini də özünüz yığacaqsınız. Bütün bunlar o qədər də asan deyil. Qocaman Türkiyə Cümhuriyyəti sənə bunları etməyə icazə verərmi? Bu millət əsla bununla razılaşmaz. Kürddilli vətəndaşlarımız da artıq bunların əsl mahiyyətini öyrənib".

Sədr müavini onu əlavə edib ki, Türkiyə Böyük Millət Məclisində oturan bəzi millət vəkilləri terrora açıq şəkildə dəstək verir və onların da arxasında müəyyən dövlətlər dayanır.

Tarix
2016.01.08 / 19:29
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla