Yuxarı

Dağıstanda iğtişaşlar belə başlayıb – Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan polisi Mahaçqalada yəhudilərə qarşı münasibəti Fridman soyadlı qadından öyrənib.

Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalının ötəngünkü insidentlə bağlı yaydığı məlumatda qeyd olunub.

Kanalın məlumatına görə, dünən günorta saatlarında Fridman soyadlı Moskva sakini Dağıstan polisinə müraciət edib. Qadın bildirib ki, sosial şəbəkələrin Dağıstan seqmentində və Teleqram kanallarında İsrail vətəndaşlarının Dağıstandan qovulması ilə bağlı xeyli çağırışılar var:

“Hava limanına ilk polis qrupu saat 17:00-da (Bakı vaxtı ilə 18:00) göndərilib, lakin saat yarım sonra əraziyə 500-dən çox qəzəbli kütlə toplaşıb və məlum olub ki, polis əməkdaşlarının sayı azdır. Saat 19:00-da bütün şəxsi heyətin toplanışı elan edilib və “Vulkan” əməliyyatına start verilib”.

Kanal bildirib ki, “Red Vings” aviaşirkətinin Təl-Əvivdən uçan təyyarəsi hava limanına saat 19:22-də çatıb:

“Polisin məlumatına görə, bu vaxta qədər 1500-ə yaxın insan hava limanına hücum edib. Etirazçılar inzibati binaya soxularaq, təyyarənin olduğu uçuş-enmə zolağına çıxıblar. Təyyarədə 4-ü İsrail vətəndaşı olmaqla, 50 sərnişin olub. Saat 20:40-da təxminən 70 nəfərlik əlavə polis dəstəsi hava limanına doğru hərəkət edib. Bu zaman etirazçılardan bəziləri hava limanının VİP zalına daxil olub. Saat 22:00-a doğru hücum edənlər polis tərəfindən saxlanılıb. Bu müddət ərzində hava limanına Mahaçqala, Kaspiysk, Buynaksk, İzberbaş və Dərbənddən 500 polis əməkdaşı cəlb olunub. 9 polis əməkdaşı yaralanıb. Alay komandiri Ənvər Mallakurbanov başından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib”.

Tarix
2023.10.30 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV

Trampın Rusiya və Çinə sensasion tələbi

Ukrayna savaşında Avropa zərbə aldı: qazanan isə odur!

İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib?

Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...

170 azərbaycanlı işgəncələrlə öldürüldü

Sübhaninin Zəngəzur dəhlizi iddiasına – Rusiyadan cavab

Bayramov Avropa Şurasının Baş katibi ilə görüşdü

Bayramov israilli həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Erməniəsilli şəxslər necə saxlanılıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla