Yuxarı

Rusiyadan ABŞ-a “START” təhdidi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ, Rusiyanın mənafeyini nəzərə almasa, "START"dan çıxa bilərik".

"Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu sözləri "İnterfaks"a verdiyi açıqlamada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Ulyanov deyib:

"ABŞ Rusiyanın mənafeyini qorumadan raket müdafiə sistemini təkmilləşdirməyə davam edərsə, biz də "START"dan çıxa bilərik".

ABŞ-ın bu istiqamətdəki addımlarının strateji sabitliyi pozduğunu bildirən Ulyanov: "Bu, Rusiyanın "START"dan çəkilmə haqqını istifadə etməyə məcbur edəcək vəziyyət yarada bilər" deyib.

Ulyanov müqavilədə yer alan maddələr çərçivəsində Rusiyayanın ABŞ-ın beynəlxalq təhlükəsizliyi təhdid altında görməsi vəziyyətində müqavilədən ayrılma alternativi olduğunu xatırladıb.

Nüvə silahlarının nisbətini azaltmaq tövsiyyə olunur.

Ulyanov Rusiya və ABŞ arasında 8 aprel 2010-cu il tarixində imzalanan START müqaviləsinin ABŞ-ın Avropaya yerləşdirməyə çalışdığı raket müdafiə sistemi səbəbilə Rusiyanın strateji nüvə gücünü təhdid etdiyini də dilə gətirib:

"Rus mütəxəssislərə görə, mövcud vəziyyət hələ ki, Rusiyanın strateji gücünü təhdid edəcək ölçüdə deyil. Avropa raketdən müdafiə sistemi mövzusunda ABŞ ilə uzlaşmaq şansımızın olduğunu hesab edirik. Ancaq bütün bunlar ABŞ-ın ortaya qoyacağı siyasi iradəyə bağlıdır".

2010-cu ilin aprelində imzalanan və 2011-ci ilin fevralında qüvvəyə minən START müqaviləsi 2021-ci ilə qədər qarşılıqlı olaraq nüvə silahlarının nisbətinin azaldılmasını nəzərdə tutur.

ABŞ iki ilə daha 3 sistem yerləşdirməyi planlaşdırır.

Almanyanın Münhen şəhərində baş tutan Güvənlik Konfransında çıxış edən ABŞ-ın Müdafiə naziri Çuk Hagel silah sistemlərinin İspaniyaya yerləşdiriləcəyini, İrandan gələn təhdidə qarşı güvənliyin təmin ediləcəyini bildirərək, bu sistemin üçüncü mərhələnin bir parçası olaraq həyata keçiriləcəyini xatırlatmışdı.

ABŞ önümüzdəki iki il içində buna bənzər daha 3 sistemi NATO üzvü olan Avropa ölkələrini qorumaq üçün bölgəyə yerləşdirəcək. Amerikalı nazir Rusiya və Çinin davamlı olaraq texnologiyalarını yenilədiklərini vurğulayaraq, özlərinin bu sahədə dünya lideri olduqlarını bildirmişdi.

Qeyd edək ki, ABŞ-ın İspaniyaya yerləşdirəcəyi sistemdə 1239 hərbçi vəzifələndirilib. 92 milyon dollar dəyərində olan sistemin illik 100 milyon dollar da xərci olacağı hesablanıb.

Tarix
2014.02.03 / 14:18
Müəllif
Könül Əhədova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla