İosif Stalin xüsusi yumor
hissinə malik olub. O, həm də çox hazırcavab imiş. Hərdən öz
qərarlarını və hökmlərini yumorla bildirirmiş. Bu yumoru eşidənlər
isə o an qorxudan gülüş hissindən çox uzaq olublar.
Qaziler.az
Rusiya mətbuatına istinadən bu zarafatları təqdim edir:
1. "Pobeda" avtomobilinin işlənib hazırlanması
zamanı onun "Vətən" adlandırılması nəzərdə tutulubmuş. Bu barədə
eşidən Stalin istehzalı şəkildə soruşur: "Yaxşı, bizim Vətən neçəyə
olacaq?"
Avtomobilin adı dərhal dəyişdirilir.
2. Bir dəfə Stalinə çatdırırlar ki, bəs, marşal
Rokosovskinin məşuqəsi var və o, məşhur gözəl aktrisa Valentina
Serovadır. İndi biz onlarla neyləyəcəyik?
Stalin ağzından qəlyanı çıxararaq bir az düşündükdən sonra
deyir:
- Neyləyəcəyik, neyləyəcəyik...Həsəd aparacağıq!
3. Artilleriya sisteminin konstruktoru
V.Q.Qrabin deyirmiş ki, 1942-ci il ərəfəsində Stalin onu yanına
çağırır və soruşur:
- Sizin topunuz Rusiyanı xilas etdi. İndi siz nə istəyirsiz -
Sosialist Əməyi Qəhrəmanı, yoxsa Stalin mükafatı?
- Mənimçün fərqi yoxdur, yoldaş Stalin.
Hər ikisini verirlər.
4. İkinci Dünya Müharibəsi zamanı Baqramyanın
komandanlığı altında olan qoşun hissələri hamıdan qabaq Baltik
dənizinə gedib çıxır. Erməni general şəxsən özü butulkanı Baltik
dənizinin suyundan doldurub adyutantına verərək Moskvaya, Stalinə
göndərir. O, təyyarə ilə yola düşür. Adyutant yolda olarkən
almanlar əks hücuma keçərək Baqramyanı Baltik sahillərindən
atırlar. Adyutantın Moskvaya gəlişinə qədər artıq bu barədə məlumat
olsa da, o, bu bunu bilmir. Çünki təyyarədə radio yox idi.
Beləliklə, məğrur adyutant Stalinin kabinetinə daxil olaraq
pafosla, təntənə ilə bildirir:
- Yoldaş Stalin, general Baqramyan sizə Baltik dənizinin
suyundan yollayıb!
Stalin butulkanı alır, əlində bir neçə dəqiqə fırlayaraq
adyutanta qaytarır və deyir:
- Bunu qaytar Baqramyana, de ki, hardan götürüb, qaytarıb töksün
yerinə.
5. 1939-cu ildə "Qatar şərqə gedir" filminə
baxırmışlar. Filmdə qatar dayanacaqda dayanır...
- Bu hansı dayanacaqdı? – deyə Stalin soruşur.
- Demyanovka.
- Bax, burda mən düşürəm, - deyən Stalin zaldan çıxır.
6. Kömür Sənayesi naziri postuna namizədlik
müzakirə edilirmiş.
Şaxtalardan birinin direktoru olan Zasyadkonun namizədliyini
irəli sürürlər. Kimsə etiraz edir:
- Hər şey yaxşıdır, lakin o, spirtli içki aludəçisidir.
- Onu mənim yanıma çağırın, - Stalin deyir.
Zasyadko gəlir. Onunla söhbət zamanı Stalin içki təklif
edir.
- Məmnuniyyətlə, - deyən Zasyadka stəkana araq süzür:
- Sizin sağlığınıza, yoldaş Stalin! – deyərək içir və söhbətinə
davam edir.
Stalin onu diqqətlə müşahidə edərək ikincini təklif edir.
Zasyadka ikinci stəkanı da birnəfəsə başına çəkir. Stalin üçüncünü
təklif edəndə onun müsahibi stəkanı kənara itələyib deyir:
- Zasyadka həddini bilir.
Razılaşırlar. Siyasi Büronun iclasında nazir kimi namizədliyi
məsələsi qaldırılarkən onun içki aludəçisi olduğu bir daha
vurğulanır. Stalin qəlyanla var-gəl edərək deyir:
- Zasyadka həddini bilir!
Beləliklə, Zasyadka uzun illər kömür sənayesinə rəhbərlik
edir...
7. Bir general-polkovnik vəziyyətlə bağlı
Stalinə məruzə edir. Ali Baş Komandan bundan çox razı görünür və
hətta iki dəfə razılıq əlaməti olaraq başını tərpədir. Məruzəni
bitirən hərbi rəis susur. Stalin soruşur: "Siz yenə nəsə demək
istəyirsiz?"
"Bəli, mənim şəxsi xahişim var. Almaniyada olarkən mənimçün
maraqlı olan bəzi əşyalar almışdım. Lakin nəzarət məntəqəsindən
onları buraxmadılar. Əgər mümkündürsə, xahiş edərdim, onlar mənə
qaytarılsın".
"Mümkündür. Raport yazın, mən əmr verərəm".
General-polkovnik əvvəlcədən hazırlanmış raportu cibindən
çıxarır. Stalin əmr verir. Xahiş edən dönə-dönə təşəkkür edir.
"Minnətdarlığa ehtiyac yoxdur", - Stalin deyir.
Raportdakı əmrdə: "Polkovnikə onun köhnə-kürüşü qaytarılsın.
İ.Stalin", sözlərini oxuyan general Stalinə müraciət edir: "Burada
səhv var, yoldaş Stalin. Mən polkovnik yox,
general-polkovnikəm".
"Yox, burada hər şey düz yazılıb, yoldaş polkovnik", - Stalin
cavab verir.
8. 1938-ci ildə admiral İ.İsakov Hərbi-Dəniz
Donanması xalq komissarı müavini idi. 1946-cı ildə Stalin onu
yanına çağırır və deyir ki, İsakovun Baş Dəniz Donanmasının, yəni
bu ildən adı dəyişdirilən Hərbi Dəniz Donanmasının baş qərargah
rəisi təyin etməklə bağlı fikir var.
İsakov cavab verir: "Yoldaş Stalin, sizə bildirməliyəm ki, məndə
çox çiddi nöqsan var: mənim bir ayağım amputasiya olunub".
"Bu, sizin məlumat verməyi lazım bildiyiniz yeganə çatışmayan
cəhətinizdir?"
"Bəli", - admiral təsdiqləyir.
"Bizdə əvvəlki qərargah rəisi başsız idi. Belə də işləyirdi.
Sizdə ancaq ayaq yoxdur; bu, qorxulu deyil", - Stalin söhbəti
bitirir.
9. Müharibədən sonra Stalin öyrənir ki,
professor K. Moskva ətrafında bahalı bağ evi tikdirib. O,
professoru yanına çağırıb soruşur: "Bu doğrudur ki, siz neçə minəsə
bağ evi tikdirmisiz?"
"Doğrudur, yoldaş Stalin", - professor etiraf edir. "Uşaq evi bu
bağı onlara hədiyyə etdiyinizə görə sizə təşəkkür edir", - deyə
Stalin bildirir və onu Novosibirskə müəllimlik etməyə göndərir.
10. 1936-cı ilin payızında Qərbdə İosif
Stalinin ağır xəstəlikdən vəfat etdiyi barədə şayiə yayılır.
"Assoşiayted Press" agentliyinin müxbiri Çarlz Nitter informasiyanı
səhih mənbədən öyrənməyi qərara alır. O, Kremlə gedir və Stalinə
belə bir sual olan məktub yollayır: bu şayiəni təsdiq, yoxsa inkar
etməli?
Stalin jurnalistə dərhal cavab verir: "Lütfkar əlahəzrət! Xarici
mətbuatdan mənə məlumdur ki, mən artıq çoxdan bu günahkar dünyanı
tərk edib o dünyaya köçmüşəm. Xarici mətbuata isə inamsız yanaşmaq
olmaz. Əgər siz sivilizasiyalı insanlar siyahısından silinmək
istəmirsinizsə, xahiş edirəm, bu məlumata inanın və mənim o
tərəfdəki sakitlikdə rahatlığımı pozmayın.
26 oktyabr,1936-cı il. Hörmətlə İ.Stalin".
11. Stalin Bədii Teatrda tamaşaya baxmağa
gedir. Stanislavski onu qarşılayır, əlini ona uzadaraq əsl soyadını
deyir: "Alekseyev".
"Cuqaşvili", - Stalin də öz soyadını deyib onun əlini sıxır və
öz kreslosuna tərəf gedir.