Yuxarı

Dövlət rəsmisi “uydurma ölkə" ilə müqavilə imzaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət rəsmisi “uydurma ölkə" ilə müqavilə imzaladı

Paraqvayın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə anlaşma memorandumu imzalayıb. Ölkənin “xəyali” olduğu aydın olanda məmur vəzifəsindən uzaqlaşdırılıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Paraqvay Kənd Təsərrüfatı Nazirliyinin Arnaldo Çamorro adlı rəsmisi “Kailasa” Birləşmiş Ştatlarının nümayəndələri ilə bəyannamə imzalayıb.

Kailasanın internet saytında sözügedən “xəyali” ölkə bütün dünyada köçkün hindular tərəfindən həyata qaytarılan qədim, maariflənmiş hindu sivilizasiyalı xalqın dirçəlişi kimi təsvir edilir.

Bu xəyali ölkənin nümayəndələri Paraqvayın kənd təsərrüfatı naziri Karlos Gimenes və Çamorro ilə görüşüblər. Hadisənin üstü açılandan sonra sosial şəbəkədə nazirlik rəsmisinin ünvanına tənqidlər və reaksiyalar olub. Digər tərəfdən, Kailasa nümayəndələri daha əvvəl fevral ayında Cenevrədə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) iki komitə iclasında iştirak edib. ABŞ və Kanadadakı Maria Antonia və Karpai yerli idarəçiləri ilə müqavilələr imzalayıblar.

Tarix
2023.12.02 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla