Yuxarı

“Nyu Tayms” Putinin qızı haqda məlumat yaydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nyu Tayms” Putinin qızı haqda məlumat yaydı

Rusiya prezidentinin qızı Mariya Putina Moskvada Novinsk bulvar ərazisində Daxili İşlər Nazirliyi və Federal Mühafizə Xidmətinin əməkdaşlarının qoruduğu evdə yaşayır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Nyu Tayms" jurnalı yayıb. Jurnal Mariyanın həyat yoldaşının hollandiyalı biznesmen Yorrit Fassen olduğunu bildirib.

Putinanın keçmiş kurs yoldaşları ilə əlaqə qurmağa çalışan jurnal əməkdaşlarının bütün cəhdləri uğursuzluqla nəticələnib. Onlar ya Mariya haqqında heç bir informasiya verməyiblər, ya da ki bu informasiyanın qarşılığında fantastik məbləğ istəyiblər. Jurnal həmçinin Mariyanın Moskva Dövlət Universitetində Vorontsova soyadı ilə qeydiyyatdan keçdiyini də müəyyən edib. Məhz burada diplom işini müdafiə edən prezident qızının elmi rəhbəri İvan Dedov olub. Məhz bundan sonra Dedovun özü Rusiya Tibb Elmləri Akademiyasının prezidenti, oğlu isə Avropa İnsan Haqları Məhkəməsinin rusiyalı hakimi olub.

Jurnal Putinin kürəkəni Fassenlə də bağlı yeni məlumat əldə edib. Fassen Rusiyaya 2006-cı ildə "Qazprom"da işləmək məqsədi ilə gəlib. Burada o işləməyə 2007-ci ildən başlayıb. Mariya Putina ilə olan Fassen 2010-cu ildə bankir Matvey Urinin mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülüb. Bundan sonra hadisədən xəbər tutan paytaxt polisinin o zamankı rəisi Vladimir Kolokoltsev (indiki daxili işlər naziri – red.) cinayətkarların həbs edilməsinə özü şəxsən rəhbərlik edib. Fassenin döyülməsi Urinin 3 bankının bağlanılması ilə nəticələnib. Jurnala məlumat verən mənbələr Fassenin sonralar Federal Mühafizə Xidmətinin nəzarəti altında avtomobillərlə hərəkət etdiyini bildiriblər. Jurnal həmçinin Mariya Putinanın qız övladının dünyaya gəldiyini və prezident qızının Fassen soyadını daşıdığını bildirib.

Tarix
2016.02.01 / 23:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla