Yuxarı

NATO-nun bütün texnikası məhv ediləcək - Antonov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kiyevə növbəti hərbi yardım paketi göndərməklə “son ukraynalıya qədər döyüşmək” konsepsiyasına sadiqlik nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz Teleqram kanalında bildirib.

“Əminik ki, Vaşinqton bizi döyüş meydanında məğlub etmək səylərinin mənasızlığını artıq anlayıb. Bununla belə, onlar “kukla rejimini” uçuruma doğru itələyir və minlərlə sadə ukraynalını ölümə məhkum edirlər”, - o vurğulayıb.

Səfir ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq yeni silah tədarükünün mövcud vəziyyəti dəyişə bilməyəcəyini deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın qələbəsini qəbul etməkdən qorxur, yalnız Ukraynanın saxta zəfərini tirajlayır:

“Ukrayna Silahlı Qüvvələrinin Qərb silahıyla törətdiyi bir terror aktı belə cavabsız qalmayacaq. NATO-nun bütün texnikası və sursatları məhv ediləcək. Amerikalıların Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün illüziya layihələrindən əl çəkməsinin vaxtı çatıb. Vaşinqton bilməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək səyləri mənasızdır”.

Tarix
2023.12.28 / 14:02
Müəllif
Gülnar Quluzadə
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr aparıldı

Əsəd İran və Rusiyanı şantaj edir

Bələdiyyə seçkilərinə heç bir müşahidəçi dəvət edilməyəcək

Bələdiyyə üzvlərinin sayı məlum oldu

Kadırov azərbaycanlı blogerə söz verdi: Toyunda... - Video

İrəvan azərbaycanlıların hüquqlarını təmin etməlidir - XİN

Bayramovun Pereira ilə görüşü keçirilir

Prezident Qvineya-Bisaunun iki nazirini qəbul etdi

İlham Əliyev Laos prezidentini təbrik etdi

İlham Əliyev BƏƏ prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla