Yuxarı

Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr aparıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr aparıldı

Dekabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Venesuela arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadi-ticarət, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İki ölkə arasında intensiv siyasi dialoqun mövcudluğu, habelə müxtəlif səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan təmasların məmnunluq doğurduğunu bildirən C.Bayramov bu kimi müzakirələrin müxtəlif sahələr üzrə konkret planların müəyyən olunması baxımından əhəmiyyətini qeyd edib.

2025-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı, bu istiqamətdə birgə təşəbbüs və tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinin faydalı olacağı diqqətə çatdırılıb.

Tatiana Puq Moreno Azərbaycanı ötən ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi, sözügedən tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbrik edib, COP29-un yekunlarının iqlim dəyişikliyi ilə mübarizə səylərinə mühüm töhfələrdən biri olduğunu qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Tatiana Puq Morenonun ölkəmizə səfəri çərçivəsində, həmçinin Azərbaycan və Venesuela Bolivar Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 2-ci raundu keçirilib.

Məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfin nümayəndə heyətinə isə Venesuela Bolivar xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno rəhbərlik edib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar, birgə təşəbbüslər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Tarix
2024.12.02 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla