Yuxarı

Təranə Səmədovanın işi Ali Məhkəmədə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təranə Səmədovanın işi Ali Məhkəmədə

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Kult.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 4-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova altı il, Rasim Həsənov isə yeddi il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi onların hökmdən verdikləri şikayəti təmin etməyib.

Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə edib.

Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən "Instagram" və digər sosial şəbəkələrdə yerləşdirməklə hədələyiblər. Bu yolla T.Səmədova ilə R.Həsənov ondan üç min manat tələb ediblər.

Beləliklə, 2022-ci ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

Bundan başqa, T.Səmədova ilə R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələbetmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2024.12.02 / 13:28
Müəllif
Kult.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla