Yuxarı

Putinin eks-müşaviri məxfi sövdələşməni açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Suriyanı Ukraynaya dəyişib.

Axar.az xəbər verir ki, bunu Vladimir Putinin eks-məsləhətçisi Andrey İllarionov Ukrayna mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, bu sövdələşmənin nəticələrini qısa zaman ərzində görmək mümkün olmayacaq:

"2015-ci ilin sentyabrında baş tutan BMT Baş Assambleyasına qədər Putinin Obama ilə yarım il ərzində bir dənə də görüşü olmayıb. Ondan sonra isə onlar üç görüş keçiriblər. Üstəlik, Nyu Yorkda görüşə qədər Putin demək olar ki, beynəlxalq aləmdən təcrid olunmuşdu, amma indi ondan çıxıb. O vaxta qədər Qərbdə, ümumiyyətlə, heç kim Rusiya üzərindən sanksiyaların götürülməsi barədə fikirləşmirdi, lakin indi bununla bağlı söhbətlər hər gün aparılır. Obama ilə görüşə qədər Qərbdəki müttəfiqlər yalnız Rusiyadan Minsk razılaşmasının müddəalarının yerinə yetirilməsini tələb edirdilər, indi isə bunu həm Rusiya, həm də Ukraynadan istəməyə başlayıblar. Obama Nyu York görüşündə de-fakto Rusiyanın Suriyaya girməsinə yaşıl işıq yandırdı. Qərb liderlərindən heç kim Kremlin Yaxın Şərqdə müharibədə iştirakına qarşı çıxmadı. Rusiya artıq 5-ci aydır ki, İŞİD-i yox, məhz Suriya müxalifətini bombalayır. Məhz Rusiyanın sayəsində Əsəd mövqelərini möhkəmləndirib. Əvvəllər Əsədin dərhal istefasını tələb edən ABŞ isə indi bunlardan heç birini səsləndirmir. Beləliklə, bütün bunlardan sonra Ukrayna məsələsi faktiki olaraq, beynəlxalq aləmin gündəliyindən çıxdı. Qərbin Rusiya üzərindən sanksiyaları götürməyə hazır olması ilə bağlı iddialar səslənməyə başladı. Bu, situasiyanın artıq tam dəyişməsidir. Bu, sadəcə, böyük prosesdir. Qərb artıq bu istiqamətdə hərəkət edir".

Tarix
2016.02.06 / 10:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla