Yuxarı

İsrail: "Ərdoğan bunu istəmir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Türkiyə ilə münasibətləri tam normallaşdırmağa hazır deyil.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin Rusiyadakı müvəqqəti işlər üzrə vəkili Aleks Qoldman-Şayman jurnalistlərə açıqlamasında deyib.

"İsrail ilə Türkiyə arasında əlaqələr "Mavi Mərmərə" hadisəsinə qədər çox yaxşı idi. Hazırda tərəflər arasında münasibətləri yenidən formalaşdırmaqla bağlı hər hansı razılaşma yoxdur. Türkiyə Həmasa yardımı dayandırmalıdır. Cənab Ərdoğan 2010-ci ildən bəri iki ölkə arasıdakı əlaqələri bərpa etmək fikrində deyil", - Şayman vurğulayıb.

Qeyd edək ki, 2010-cu ildə İsrailin Türkiyəyə aid "Mavi Mərmərə" gəmisinə hücumundan sonra iki ölkə arasında münasibətlər son həddə qədər pozulmuşdu. Ötən ilin dekabrında isə tərəflər arasında diplomatik əlaqələrin bərpa edilməsi ilə bağlı Türkiyə mediasında məlumatlar yayılmışdı.

Tarix
2016.02.08 / 20:02
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla