Yuxarı

Burcanadze: “Saakaşvili məni məhv etmək istəyirdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb öz maraq dairəsinə daxil olan məsələlərdə Rusiya ilə yaxşı əməkdaşlıq edir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında eks-spiker Nino Burcanadze söyləyib. Onun sözlərinə görə, Gürcüstan və Ukrayna problemləri Qərbə Rusiya ilə münasibətlərdə maneə yaratmır:

"Saakaşvili rusiyayönlü damğası ilə məni məhv etmək istəyirdi. Amma nəticədə özü özünə zərbə vurdu. Ona görə ki, Gürcüstan əhalisinin böyük bir hissəsi Rusiya ilə münasibətlərin düzəlməsini istəyir. Onlar bilirlər ki, bizim belə bir imkanımız var. Mən, ümumiyyətlə, qərbyönlü, rusiyayönlü kursun nə olduğunu bilmirəm. Məncə, Rusiyanın müasir dünya siyasətinə necə böyük təsir göstərdiyini görməyən insan ya axmaqdır, ya da ki qəsdən Gürcüstanın maraqlarının əleyhinə çıxış edir. Yalnız axmaqlar fikirləşə bilərdi ki, Gürcüstana görə Qərb Rusiya ilə qarşıdurmaya girəcək. Biz 2008-ci ildə nələrin olduğunu yaxşı gördük".

Qeyd edək ki, Nino Burcanadze bir müddət öncə Moskvaya səfəri zamanı Krımın Rusiya ərazisi olduğunu və Moskvanın siyasətini müdafiə etdiyini söyləyib.

Tarix
2016.02.19 / 23:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla