Yuxarı

Məşhur lider KQB-yə işləməkdə günahlandırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur lider KQB-yə işləməkdə günahlandırılır

Polşanın eks-prezidenti Lex Valensa Polşa Xalq Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilir.

Axar.az xəbər verir ki, Polşa mətbuatı, xüsusilə, Polşanın Milli Yaddaş İnstitutunun eks-prezidentin kommunist rejimlə əlaqələrinin olduğunu sübut edən sənədlərə malik olduğunu bildirib. İnstituta sənədlərin 1980-ci illərdə Polşanı idarə edən general Voytsex Yaruzelskinin ən yaxın adamlarından biri olan general ÇeslavKişakın həyat yoldaşı tərəfindən verildiyi qeyd edilib.

Təqdim olunan sənəd 90 səhifəlikdir. Bunun içərisində həmçinin xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılıq verilməsi ilə bağlı zərfdə var. Bu sənədin altında isə "Lex Valensa-Bolek" imzası qoyulub. Bolekə aid tapılan sənədlərin 1970-1976-cı illəri əhatə etdiyi bildirilir.

Qeyd edək ki, Lex Valensa bundan öncə də kommunist rejimin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub. 2000-ci ildə Polşa məhkəməsi ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Valensa 1990-1995-ci ildə Polşa prezidenti olub. O, Polşada kommunist rejimə qarşı mübarizə aparan əsas siyasi xadimlərdən hesab edilirdi. Valensa 1983-cü ildə Nobel sülh mükafatına layiq görülüb.

Tarix
2016.02.20 / 09:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla