Yuxarı

Sənədsiz miqrantlar ölkədən çıxarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sənədsiz miqrantlar ölkədən çıxarılır

Rusiya bir tərəfdən Soçi Olimpiya Oyunlarına start verməyə hazırlaşırkən digər yandan da ölkədə təhlükəsizlik tədbirlərini artırır. Bu tədbirlərdən ən çox zərər görənlər isə yenə də çörək pulu qazanmağ üçün bu ölkəyə üz tutmuş migrantlardır.

Federal Migratsiya Xidməti əməkdaşları tərəfindən Moskvada inşaat obyektinlərindən birində keçirilən reyd nəticəsində burda çalışan miqrantların heç birinin sənədlərinin qaydasında olmadığı aşkarlanıb. Bəzi miqrantlar yoxlama olduğunu görüncə çarəni qaçmaqda görüblər, qaça bilməyənlər isə saxlanılıb.

"Bu günkü yoxlamada 9 xarici vətəndaş aşkarladıq. Bunlardan heç birinin sənədləri qaydasında deyildi. Ona görə onların hamısını şöbəyə aparacağıq. Daha sonra mərkəzi sistemdə bu insanlar bir-bir yoxlanılacaq. Əgər həqiqətən qanunları pozduqları isbat edilsə deportasiya edilmələri üçün məhkəməyə veriləcəklər" - deyə Federal Miqrasiya Xidməti əməkdaşı Aleksnadr Lisitski bildirib.

Saxlanan miqrantlar arasında azərbaycanlı yoxdu. İnşaat obyektində qeyri-qanuni çalışanların hamısı Özbəkistandan gələnlərdir.

Rusiyalı insan hüquqları müdafiəçisi Aleksandr Brod isə miqrantların qanuni və sosyal haqlarının kobud şəkildə pozulduğunu deyib.

Qeyd edək ki, 10 milyondan çox xarici ölkə vətəndaşının yaşadığı Rusiyada sadəcə 1.5 milyon miqrantın işləmək üçüm rəsmi icazəsi var (Anspress).

Tarix
2014.02.07 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla