Yuxarı

Ağdərə körpüsü bağlandı, SEPAH həbslərə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xiyavın Cəbqərə kənd sakinləri iki gündür ətrafa ziyan vuran mədən işlərinə etiraz etmək məqsədi ilə etiraz edirlər. Səsimizi eşidən yoxdur, məcbur qalıb Ağdərə körpüsünü bağladıq. Lakin Ərdəbil ərazisindən SEPAH nümayəndələri kəndə tökülüşdü və yolun açılmasını tələb etdi. Etiraz edənlərdən bir çoxunu tutub aparıblar.

Bu sözləri Axar.az-a adının açıqlanmasını istəməyən Cəbqərə kənd sakini deyib.

Onun sözlərinə görə, vəziyyət acınacaqlıdır, xeyli sayda tutulan var, lakin insanlar geri çəkilmir və öz haqlarını tələb edir:

“Cəbqərə kəndinin etiraz səsinə Tübnə və Ağdərədən də qoşulublar. Körpünü açmırıq. SEPAH nə qədər təzyiq etsə də, tutsa da, döysə də, yolu açmayacayıq. Mədən işləri dayandırılmalıdır”.

Onun sözlərinə görə, tutulanlar arasında qadınlar da var:

“Kişilərdən 11 nəfəri aparıblar. Onlar arasında 7-si Cəbərədəndir. Bir neçəsi isə Tübnədəndir. Tohid Mollayi, Əli Bəxşi, Əliağa Gülməmmədzadəni tutmuşdular. Bu insanları döyərək səhər saatlarında apardılar. Ardınca Cavad İsmayılzadə, Musa Rzaoğlu, Cəlil Şirzadə, Hamid, İbrahim və Yusif Səfəri qardaşlarını da tutdular. 3 qardaş hələ də zindandadır. Ürəyi soyumayan SEPAH Səfəri qardaşlarının valideynləri - Fatimə xanım və Hüseyni də istintaq idarəsinə çağırıblar. Tutulanlar arasında Zərif adlı xanım da var idi. Çox qeyrətli xanımdır. Xalqın haqlarından danışır hər zaman. Millətimiz geri çəkilmir və istəyirik ki, haqqımızı bərpa etsinlər ”.

Tarix
2024.03.19 / 16:25
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla